Kainat gözəlinin tacı əlindən alına bilər- FOTO

12:25 - 28 Noyabr 2017 - MAQAZİN

Yeni kainat gözəli Demi Leigh Nel-Petersonun tacı əlindən alına bilər.

Ucnoqta.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun QİÇS-li (AIDS) uşaqlarla görüşü zamanı çəkilən foto qalmaqal yaradıb. Belə ki, gözəlin ötən il sahibsiz uşaq evində QİÇS xəstələyindən əziyyət çəkən uşaqları əlcəklə oxşaması geniş müzakirələrə səbəb olub.

Bu fotodan sonra onun bu titula necə sahib olması araşdırılıb.

Qeyd edək ki, bu fotoya görə kainat gözəlinin tacı əlindən alına bilər.


Xəbər xətti