Ana səhifə
26 Aprel 2018

Azərbaycan güləşçiləri dünya çempionatında beş medal qazanıblar

 Azərbaycan yığması Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatını 5 bürünc medalla başa vurub.


Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Yığma üzvlərindən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal əldə edib. Nəsir Həsənov (75 kq) isə 5-ci yerdə qərarlaşıb.
Qadın güləşçilərin mübarizəsini də yığma üzvləri 2 bürünc medalla tamamlayıb. Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Alyona Kolesnik (58 kq) isə 5-ci yeri tutub.
Son yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərin qazancı da 1 bürünc medal olub. 57 kq çəkidə yarışan Pərviz İbrahimov çempionatı üçüncü sırada tamamlayıb.
Görüşləri idarə edənlər arasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.

Tarix
28 Noyabr 2017 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ