Əkin yerlərini yandıranlar cəzalandırılacaq- Prezident Milli Məclisə sənəd təqdim edib

16:41 - 27 Noyabr 2017 - ÖLKƏ İÇİ

Fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər

 Əkin yerlərinin yandırılmasına görə cəzaların məbləği müəyyənləşib. Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib.
Yeni sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə  yeni 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.
 Maddədə göstərilib ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik parlamentin Aqrar siyasət komitəsinin sabah-noyabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər xətti