Ana səhifə
20 İyun 2018

Messi "Barselona" ilə yeni müqavilə imzalayıb

Argentinalı futbol ulduzu Lionel Messi "Barselona" klubu ilə müqaviləsinin müddətini uzadıb.
 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

L. Messi 2021-ci ilin ortalarına qədər olan dövrü əhatə edən yeni müqaviləyə imza atıb. Müqaviləyə əsasən Messini əldə etmək istəyən klub 700 milyon avro ödəməlidir. Futbolçunun maaşında artım olub-olmadığı açıqlanmayıb. Lakin daha əvvəl belə bir xəbər yayılmışdı ki, o, yeni müqavilə imzalamağın əvəzində 80 milyon funt-sterlinq (105 milyon dollar) pul alacaq, maaşı isə həftədə 500 min funt-sterlinq (658 min dollar) təşkil edəcək.

Qeyd edək ki, L. Messinin "Barselona" ilə köhnə müqaviləsi 2018-ci ildə bitəcəkdi. Bu səbəblə onun başqa klublara keçə biləcəyi barədə söz-söhbət yayılmışdı.

L. Messi 2004-cü ildən "Barselona"da çıxış edir. O, 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun qalibi, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 5 dəfə "Qızıl top" qazanıb.

Tarix
25 Noyabr 2017 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin