Ərdoğan aktrisanı tənqid etdi

13:07 - 25 Noyabr 2017 - MAQAZİN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Baştepe Milli Mədəniyyət və Konqres Mərkəzində “Buğday” filminin qalasına qatılıb.
 

Ucnoqta.az Axşam.az-a  isitnadən xəbər verir ki, prezident filmi izlədikdən sonra nitq söyləyib. Ərdoğan rejissoru təbrik edib, onun anasının əlini öpərək Adana Film Festivalında Semihin əlini sıxmayan aktrisa Meltem Cumbula eyham vurub:

“Əhli-hünərin qədrini bilmək böyük hüərdir. “Buğday” filminin də cənab Kaplanoğlunun “Bal” filmi kimi həm ölkə dailində, həm də xaricdə layiq olduğu maraqla qarşılanacağına əminəm. Əlbəttə, vaxtaşırı həddini bilməyən, keyfiyyətdən başı çıxmayan, nəzakətdən yoxsul insanlar qarşınıza çıxa bilir. Bunlara veriləcək ən gözəl cavab işinizi ən gözəl şəkildə görməyə davam etməkdir”.


Xəbər xətti