Binəqədidə 3 otaqlı ev yanıb

11:21 - 24 Noyabr 2017 - Xəbər

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Paytaxtda yanğın hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Binəqədi rayonunda ümumi sahəsi 78 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 58 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti