İbrahimoviçdən yeni rekord

21:20 - 23 Noyabr 2017 - İDMAN

"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının tarixinə keçib.

 

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, isveçli hücumçu "MY" ilə ÇL-də birinci oyununu "Bazel"ə qarşı keçirib. Bununla da Z.İbrahimoviç 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.

Qeyd edək ki, Z.İbrahimoviç görüşün 74-cü dəqiqəsində meydana çıxıb.

Xatırladaq ki, Z.İbrahimoviç bundan əvvəl “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ ilə Çempionlar Liqasında iştirak edib.

 

Xəbər xətti