Əfqanıstan Prezidenti Bakıya səfər edəcək

11:20 - 23 Noyabr 2017 - Xəbər

Əfqanıstan Prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib. Diplomatik mənbə bildirib ki, Əfqanıstan Prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.


Məlumata əsasən, M.Ə.Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.

Xəbər xətti