Qurban Qurbanov: "Mənə təsir edən odur ki, ..."

00:32 - 23 Noyabr 2017 - İDMAN

"Son zamanlar belə məyus olmamışdım. İstəyirdim ki, yaxşı oyun sırgiləyək. Əfsuslar olsun ki, 19-cu dəqiqədə azlıqda qaldıq.

Azarkeşlər istəklə gəlmişdilər. Onlara görə üzüldüm. Futbolda belə şeylər olur. Bilmirəm ki, kimi qınayaq ki, bu qədər qırmızı alırıq. Bizim intizamlı komandamız var. Belə hallar baş vermirdi. Futbolçular da sağ olsun ki, top komandaya qarşı belə oynadılar. Hesabda uduzduq, amma mübarizədə məğlub olmadıq". Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində "Çelsi"yə uduzduqları oyundan (0:4) sonra keçirilən mətbuat konfransında deyib.  

- Penalti təyin olunduqda komandanı yanınıza çağırdınız. Hətta Şehiçi də dəvət edirdiniz...
- Əksinə, Şehiçə dedim ki, sən qal. Futbolçular şokda idi. Onları ona görə başıma yığdım. Ruhdan düşmüşdülər, motivasiya etməyə çalışırdım. Bir neçə kəlmə dedim. Həmin oyunla davam etsəydik, daha böyük hesabla uduzardıq.  

- Penaltilər epizoduna və qırmızı vərəqə ilə bağlı şərhiniz necədir? Ümumiyyətlə, UEFA-ya müraciət etmək niyyətiniz var?
- Müraciət olmayacaq. Qırmızı kart ağır oldu. Son zamanlar qırmızı vərəqəni ağır qayda pozuntularına verirlər. “Qırmızı” ilə bağlı narazıyam. Hakimlərin qərarları dəyişmir. Mənə təsir edən odur ki, məgər bizə, Azərbaycan futboluna bu qədər kiçik baxırlar? Böyük komandalar olsaydı, penalti verə bilərdi, amma qırmızı vərəqə verməzdi. “Çelsi”nin də penaltiyə ehtiyacı yox idi.  

- Hakim qərarları referilərin böyük klublara simpatiyasını göstərir, ya başqa məqamlar var?
- Bu haqda məncə, çox danışmayaq. Azərbaycan həmişə davranışlarıyla nümunə olub. Belə davam etməliyik. Öz davranışlarımız və əxlaqımızla hər kəsə nümunə olmalıyıq. Belə fikirlər söyləməsək, daha yaxşı olar. Bəlkə də, kiçik nüanslar var ki, biz onları görmürük. Epizodlara daha sonra baxmaq lazımdır.

  - Son 6 oyunda 6 qırmızı vərəqə. Buna şərh verməyinizi istəyərdim...
- Mən buna şərh verdim. Qırmızı vərəqələrdən sonra münasibət bildirirəm. Futbol mübarizə oyunudur. Belə oyunlarda cüzi saniyə belə uduzsan, vərəqəyə gətirib çıxarır. Bəzi vərəqələr şübhəlidir. Futbolçularımın davranışlarından razıyam.

Xəbər xətti