Ana səhifə
26 Sentyabr 2018

Müğənni Elnarəylə bağlı şikayət ərizəsi yazılıb

Əməkdar artist Elnarə Abdullayeva “Səhər-səhər” verilişinin qonağı olub.

 

 

Ucnoqta.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, xanəndə aparıcı Elgiz Əkbərin kəndə çəkdirdiyi bulaqla bağlı suallarını cavablandırıb. 



Müğənni bir kişinin onunla bağlı polisə şikayət ərizəsi yazdığını deyib:

“Bu, külli miqdarda pul apardı. Bizim kənddə - Qobustan rayonunun Çuxanlı kəndində su olmayıb. İki bulağımız var idi. Şükür Allaha 2 ildir su qaydasında gəlir. Deməli, bizim kənddə bir nəfər var. O, durmadan ərizə yazır. Bir gün qardaşımı çağırıb ki, “Orada ağac kəsmisiniz”. Kəndin cavanları, qocaları ətəylərin çirmələyib bu bulağın çəkilməyində əziyyət çəkiblər.

Həmin kişini bərk təhqir də etdim. Ərizədə sözügedən ərazidə ağacların kəsildiyi yazılıb. Bulaq çəkilən ərazidə ağac olmayıb, adi kol-kos olub. Axı buradan suyu tək mən istifadə etmirəm. Mirzəli adında kişidir. Demişəm ki, bir də belə hərəkət edərsə, camaat onu kənddən çıxaracaq. Bu, adi bir quyu deyil. Nə qədər işçi çalışır həmin bulaqda. Böyük hovuzlar qurulub, motorlar, transformatorlar quraşdırılıb".

 

Tarix
22 Noyabr 2017 [17:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin