Pakistanın Qərargah rəisi Azərbaycana gələcək

13:27 - 22 Noyabr 2017 - Xəbər

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycana səfərə gələcək.


Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər noyabrın 24-dək davam edəcək.

Xəbər xətti