Bakıda yeni “Tarqovı” salınacaq

12:23 - 22 Noyabr 2017 - Xəbər

Bakıya gələn turistlərin sayı artdıqca, şəhərin “Tarqovı” adlanan mərkəzi küçəsində sıxlıq müşahidə edilir. Turistlərin gəzintiyə çıxması üçün yeni mərkəzi küçələrin salınması təklif olunur.


Ucnoqta.az xəbər verir ki, Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə AzVision.az-a bildirib ki, hazırda bununla bağlı müzakirələr aparılır. “Həmin ərazidə olan küçələrin bir neçəsinin gəzinti küçələrinə çevrilmə ehtimalı var. Bu, şəhərdə artan insan kütləsinin qəbul edilməsi baxımdan çox vacibdir. Bütün turizm sənayesi iştirakçılarının qarşısında tapşırıq qoyulub ki, 2016-cı illə müqayisədə 2020-ci ildə 2 dəfə artım olsun. Keçən il turistlərin sayında 12%-ə qədər artım qeydə alınıb. Bu il isə artım 20%-ə çatıb. 2020-ci ilə qədər bu rəqəm 4,5 milyon yarım olacaq. Bakının əhalisini nəzərə alsaq, bu rəqəm 15 milyona çatacaq.

Bu səbəbdən ikinci, yaxud üçüncü gəzinti küçəsinin yaradılması nəzərdə tutulur. Hazırda müzakirələr gedir və bununla bağlı ictimailəşdirilmə aparılıb. Hansı qərarın verilməsi müvafiq dövlət strukturları arasında gedən müzakirələrdən sonra müəyyənləşdiriləcək”, - deyə K.Quluzadə qeyd edib.

Xəbər xətti