Bu günün havası- yağış yağacaq

11:35 - 18 Noyabr 2017 - ÖLKƏ İÇİ

Bu gün ölkə ərazisində yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edir. Havanın temperaturu bu gün Abşeronda 14-16° isti, Bakıda 14-16° isti proqnozlaşdırlıb. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu rayonlarda gündüz 15-18° isti, dağlarda 7-12° isti proqnozlaşdırlıb.

Xəbər xətti