Argentina prezidentinin helikopteri təcili eniş edib

09:45 - 18 Noyabr 2017 - DÜNYA

Argentina prezidenti Maurisio Makrini daşıyan helikopter təcili eniş edib.   Buna əlverişsiz hava şəraiti səbəb olub.   Məlumata əsasən, prezident Makri ailəsi ilə birgə Çapadmalal kurort şəhərinə yollanarkən güclü külək pilotları helikopteri düzənlikdə  eniş etməyə məcbur edib. Hadisə nəticəsində zərərçəkən olmayıb. Bir müddət sonra prezident avtomobillə yoluna davam edib. 

Xəbər xətti