Ana səhifə
17 Dekabr 2017

ADAU-nun tələbələri İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıb

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi barədə tədqiqatçıların, müəllim və tələbələrin məlumatlandırılması davam etdirilir. 


Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu məqsədlə növbəti tədbir Azərbaycan Dövlət  Aqrar Universitetində (ADAU) keçirilib. Tədbirdə çıxış edən ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov universitetdə tələbə gənclərin potensial bilik və bacarıqlarının reallaşdırılması sahəsində görülən işlər, onların beynəlxalq və ölkə səviyyəsində keçirilən bilik yarışmalarında, müsabiqələrdə əldə etdikləri uğurlar barədə məlumat verib. 
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov innovasiya müsabiqəsinin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə elan edildiyini qeyd edib. İnnovasiyanın iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından əhəmiyyətli diqqətə çatdırılıb. 
Tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin nümayəndəsi Ülfət Mehdiyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov innovasiyaların vacibliyi və innovativ fəaliyyətin əhəmiyyətindən bəhs ediblər. 
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov innovasiya müsabiqəsinin məqsədi və şərtləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Semral Əliyev isə ASAN xidmətin “İdea Bank”ı layihəsinə dair təqdimatlarla çıxış ediblər. 
Tədbirin sonunda iştirakçıların təklifləri dinlənilib, müsabiqəyə dair onları maraqlandıran suallar cavablandırılıb.

 

Tarix
17 Noyabr 2017 [12:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ