Milli Məclisin növbəti plenar iclası başlayıb

12:03 - 17 Noyabr 2017 - Xəbər

Gündəliyə 30 məsələ daxildir

Milli Məclisinin növbəti plenar iclası başlayıb. Parlamentin sədri Oqtay Əsədovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 30 məsələ daxildir.
İclasda Vergi, İnzibati Xətalar, Cinayət, Mülki, Cinayət-Prosessual məcəllələrinə, o cümlədən “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Avtomobil yolları haqqında”, “Reklam haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlara və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”yə dəyişiklik layihələri müzakirə olunacaq.
Bundan başqa, deputatlar “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi" haqqında qanun layihələrinə də baxacaqlar. report

Xəbər xətti