Ana səhifə
16 Dekabr 2017

Məşhur supermarketlərin sahibinə 2 milyon manat "atan" ana-bala həbsdə qaldı

“Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və anası Həcər Quliyevanın şikayəti üzrə məhkəmə  başa çatıb.

 

 

Ucnoqta.az xəbər verir ki, Lent.az-ın məlumatına görə,  Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanov şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev və anası barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il və H.Quliyeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix
17 Noyabr 2017 [11:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ