Zəlzələ nəticəsində Ağdamda 130 evə ziyan dəyib

09:12 - 16 Noyabr 2017 - Xəbər

Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 130 evə ziyan dəyib. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, kəndlərdə evlərə dəymiş ziyanla bağlı araşdırmalar davam edir: "Hələlik ilkin məlumata görə, 130 ev, 1 məktəb binasında çatlar əmələ gəlib. Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib".

Xəbər xətti