Oğuzda 4 otaqlı ev yanıb

10:37 - 12 Noyabr 2017 - HADİSƏ

Oğuz rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, Oğuz rayonunda ümumi sahəsi 164 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 164 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti