Bakıda iki otaqlı ev yanıb

17:14 - 11 Noyabr 2017 - HADİSƏ

Bakıda evdə yanğın olub. FHN-in saytında verilmiş məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik olan ev və talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.  

Xəbər xətti