Rusiyada poliqonda partlayış: biri zabit olmaqla 2 ölü, 5 yaralı

15:24 - 10 Noyabr 2017 - DÜNYA

Rusiyanın Zabaykalye diyarında yerləşən poliqonda döyüş sursatı partlayıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.
Partlayış nəticəsində bir zabit və müqaviləli əsaslarla xidmət göstərən bir hərbçi həlak olub.
Daha bir zabit və müqaviləli əsaslarla xidmət göstərən dörd hərbçi yaralanıb. Hadisə ərazinin partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı baş verib.
Şərq hərbi komissiyası hadisənin səbəblərinin araşdırılması üçün poliqona gedib.

Xəbər xətti