Sumqayıtda oğru mənzli sahibi tərəfindən yaxalanıb

13:05 - 4 Noyabr 2017 - HADİSƏ

Sumqayıtda oğru mənzli qarət edərkən yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. 1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib. Araşdırma aparılır.

Xəbər xətti