Sabah AFFA İcraiyyə Komitəsinin iclası olacaq

16:41 - 2 Noyabr 2017 - İDMAN

Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Ucnoqta.az Federasiyanın saytına istinadən xəbər verir ki, saat 9:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 Sabah İcraiyyə Komitəsinin iclası olacaq
 
1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
 2. Avro-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya
 3. Digər məsələlər
 
İclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.

Xəbər xətti