Ana səhifə
19 İyul 2018

İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

 Noyabrın 2-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
 Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”, “İxrac sahəsində güzəştlərin tətbiq edilməsi” mövzularını əhatə edən treninqdə brendləşmənin xüsusiyyətləri, “Made in Azerbaijan” brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, mövcud və yeni ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, məhsul ixracatçılarına tətbiq edlən güzəştlər və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Tarix
2 Noyabr 2017 [15:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin