Ana səhifə
16 Fevral 2019

“Qoca”nı evində gizlədən şəxs də öldürülüb - TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

Ucnoqta.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

“Qoca” ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur.

Tarix
2 Noyabr 2017 [10:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin