Dieqo Qodin: "Artıq hər şey özümüzdən asılı deyil"

11:17 - 1 Noyabr 2017 - İDMAN

"Hazırkı durumda Çempionlar Liqasında növbəti mərhələdən uzaq görünürük. Artıq hər şey özümüzdən asılı deyil. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq".

Bu sözləri "Atletiko"nun futbolçusu Dieqo Qodin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra klubun saytına deyib.

O,  bu nəticəyə görə, özlərini tənqid etməli olduqlarını bildirib:  "Ətrafda günahkar axtarmağa ehtiyac yoxdur. Qələbə qazanmaq düşüncəsi ilə meydana çıxmaq və risk etmək lazımdır.Belə vəziyyətlərdə bir yerdə olmalıyıq. Azarkeşlər bizi dəstəkləməlidirlər. Hazırda uğursuzluq zolağındayıq”.qol.az

Xəbər xətti