İsveçrəlilərə Xoçalı soyqırımı barədə məlumat verilib

18:33 - 30 Oktyabr 2017 - KİVDF

Azərbaycan diasporası müxtəlif xalqların həyatında faciəli məqamların olduğunu, amma öz miqyasına və amansızlığına görə Xocalı soyqırımının onlardan tamamilə fərqləndiyini diqqətə çatdırıb


İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət, dünya dövlətləri və beynəlxaql təşkilatlarla yüksək səviyyədə qurulan münasibətlər, dünyada sülhün təmin olunmasına, ətraf mühitin və dünya inciləri olan maddi-mədəniyyət abidələrinin qorunmasına ölkəmizin verdiyi tövhələr, Azərbaycanın təkcə neftlə zəngin ölkə deyil, həm də insanpərvərlik nümunəsi olan əhali resursu ilə zəngin olması kimi məqamlardan İsveçdə də xəbərdardır. Azərbaycan-İsveçrə əlaqələri ilk növbədə dostluq və qarşılıqlı etimada əsaslanır, yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilir.ən ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir. İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında dayanıqlı həllinin təmin olunması üçün struktur danışıqlar prosesinin tərəfdarıdır. İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder deyib ki, “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təmin olunması üçün mandat ATƏT-in Minsk qrupuna verilib. İsveçrə bu formatın iştirakçısı olmasa da, biz Minsk qrupu həmsədrlərinin işini tam dəstəkləyirik və struktur danışıqlar prosesinin tərəfdarıyıq. İsveçrə dinc sakinlərə qarşı zorakılıq aktlarını və onların atəşə tutulmasını qətiyyətlə pisləyir. İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder bildirib ki, münaqişə tərəfləri danışıqlar masasına əyləşməli və daha səmərəli sülh danışıqları aparmalıdır: “Hər bir münaqişə qonşu ölkələrə, ümumilikdə bütün regiona mənfi təsir edir və bu baxımdan Dağlıq Qarabağ münaqişəsi də öz mənfi təsirini göstərməkdədir”. 
 Xoçalı soyqırımı bardə də bu ölkə məlumatlıdır.  Bu il Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə İsveçrənin Bazel şəhərindəki “Union” tədbir zalında “Xocalıya ədalət” devizi altında anım tədbiri keçirilib. Tədbir zamanı iştirakçılara ilkin olaraq Azərbaycan barədə geniş məlumat verilib, müxtəlif video roliklər göstərilib, daha sonra isə “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanıb, Xocalı soyqırımından bəhs edən film iştirakçılara təqdim edilib. Bundan əlavə, İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə xüsusi hazırlanmış tamaşa göstərilib.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” ("Justice for Khojaly") beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı və Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə ölkənin paytaxtı Bernin məşhur Bellevue otelində Xocalı soyqırımından bəhs edən kitabların və filmin təqdimatı keçirilib.  Azərbaycan diasporası dünyada müxtəlif xalqların həyatında faciəli məqamların olduğunu, amma öz miqyasına və amansızlığına görə Xocalı soyqırımının onlardan tamamilə fərqləndiyini diqqətə çatdırıb.
Azərbaycanın tarixi torpağı Dağlıq Qarabağ ərazisində yerləşən, kiçik və azsaylı əhalisi olan Xocalı şəhərində vəhşiləşmiş ermənilərin keçmiş sovet ordusunun Xankəndində dislokasiya olunmuş 366-cı alayının köməyi ilə fevralın 25-dən 26-na keçən gecə törətdikləri soyqırımından danışan səfir bu hadisənin XX əsrin görünməmiş faciəsi olduğu bildirilib. Tədbirdə iştirak edənlərə şəhərin əvvəlcə bir neçə istiqmətdə top və minamyot atəşinə tutulduğunu, 150 azərbaycanlı hərbçini qətlə yetirdikdən sonra azğınlaşmış ermənilərin dinc əhaliyə divan tutduqlarını qeyd edib. Doğma ata-baba yurdlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilərin həmin faciəli gecədə hətta günahsız qadınlara, uşaqlara və yaşlı insanlara belə aman vermədiklərini, 8 ailəni isə təmamilə məhv etdiklərini bildirilib.
Xocalı soyqırımına dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların siyasi qiymət verməmələrindən təəssüf hissi keçirdiyini diqqətə çatdırılıb. Məhz Heydər Əliyev Fondunun vits-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunana konfranslar, təqdimatlar və digər tədbirlər sayəsində artıq əksər ölkələrin XX əsrin ən ağrılı və qanlı faciəsi barədə ətraflı məlumat əldə etdiklərini, bir sıra ölkələrin parlamentlərinin faciəni rəsmən soyqırımı kimi tanındığını vurğulanıb. Tədbirin İsveçrə auditoriyasını tam məlumatlandırmağa istiqamətləndirildiyi bildirilib.
Avropa-Azərbaycan Cəmiyyətinin təmsilçisi Yan Pert ölkəmizə səfərləri zamanı Xocalı faciəsi haqqında ətraflı məlumat əldə etdiyini və dünya ictimaiyyətini soyqırımı barədə daha dolğun məlumatlandırmaq üçün kitab nəşr etdirmək qərarına gəldiyini deyib. O Xocalı faciəsini yaşamış insanlarla söhbət və soyqırımla bağlı dərc olunan materiallar əsasında “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabın ərsəyə gəldiyini vurğulayıb. Kitabın ingilis dilində nəşr olunduğunu, dünya ictimaiyyətinin marağını nəzərə alaraq onun digər dillərə də tərcümə ediləcəyini bildirib.
İsveçrəli tarixçi-jurnalist Andre Vidmer müəllifi olduğu “Unudulmuş münaqişə” kitabı üzərində işləyərkən Ermənistana və Azərbaycana səfərlər etdiyini, bu zaman münaqişənin doğurduğu ağır nəticələrin şahidi olduğunu, onun tarixi köklərini araşdırdığını, əsl həqiqəti aşikar etdiyini deyib. O araşdırmaları nəticəsində Ermənistanın işğalçı dövlət olması və ermənilərin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi qənaətinə gəldiyini bildirib.
İsveçrə Konfederasiyaının dövlət strukturaları rəsmlərinin, ölkədə akkreditə olunan diplomatik korpus nümayəndələrinin, qardaş Türkiyə və Azərbaycan diasporası təmsilçilərinin iştirak etdiyi tədbirdə litvalı prodüser Aleksandras Brokasın “Sonsuz dəhliz” filmi nümayiş etdirilib, qonaqlara Xocalı faciəsindən bəhs edən kitablar təqdim olunub.
Tədbirdə, həmçinin “Xocalı faciəsi uşaqların gözü ilə “ rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.
Azərbaycanla İsveçrə arasında təhsil sahəsində də əlaqələr inkişaf edir. Bu gün bu ölkədə bir neçə Azərbaycan məktəbi fəaliyyət göstərir. Cenevrə şəhərində yerləşən Akademik Mərkəzin “Oiseau Bleu“ (Göy Quş) adlı ibtidai məktəbinin nəzdində Azərbaycan dili kursları fəaliyyət göstərir. Yeni tədris ili münasibətilə ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşları Cenevrə Akademik Mərkəzində olublar.Daimi nümayəndəliyin əməkdaşı Cavid Sadıxov yeni dərs ilində Cenevrə Akademik Mərkəzinə və onun müəllimlərinə uğurlar arzu edərək, burada Azərbaycan dilinin də tədris olunması təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsi üçün Mərkəzin kollektivinə daimi nümayəndəlik adından təşəkkürünü bildirib. Azərbaycanlı şagirdlər və valideynlərlə yanaşı, Cenevrə Akademik Mərkəzinin baş direktoru Yelena Həsənova və mərkəzin uşaq proqramları üzrə direktoru Yelena Stepanenko də iştirak ediblər. Y.Həsənova “Göy Quş” ibtidai məktəbinin tədris proqramı haqqında ətraflı məlumat verib, Azərbaycan dilinin tədrisinə 2016-cı ildə başlanıldığı diqqətə çatdırıb. Mərkəzin direktoru Azərbaycan dilinin tədrisinin şagirdlər tərəfindən böyük maraqla qarşılandığını və dilin tədrisi ilə yanaşı, uşaqlara Azərbaycan mədəniyyəti və adət-ənənələri haqqında da məlumatın verildiyini qeyd edib. Hazırda məktəbdə Azərbaycan dili müəllimləri olan həmyerlilərimiz Elnarə Allahverdiyeva və Fidan Mehdiyeva tərəfindən 4-6 və 7-14 yaşlarında olan uşaqlara həftədə iki dəfə olmaqla dərslər keçirilir. Şagird və valideynlərin istəyini nəzərə alaraq, mərkəz rəhbərliyi yeni tədris ilində ibtidai məktəb nəzdində Azərbaycan milli rəqslər kursunu da açmaq qərarına gəlib. Azərbaycan diplomatları Cenevrə Akademik Mərkəzinin kitabxanasına ölkəmizin zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti haqqında kitab və nəşrlər təqdim ediblər.
Belə məktəblərdən biri də Sürix şəhərində fəaliyyət göstərir. Bir neçə il bundan əvvəl isə İsveçrənin paytaxtı Bern şəhərində, Maarif Idarəsinin təşəbbusu ilə bu şəhərin qimnaziyasının 2 qrupunun şagirdləri üçün Azərbaycan haqqında məlumat xarakterli dərslər keçirilib. 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu ölkədə başlamış "Azərbaycanın dostları" Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycan xalqının tarixi, mədəniyyəti və bugünkü reallıqları, ölkəmizin hər sahədə inkişaf tempi isveçrəli qonaqlara təqdim olunub.

Xəbər xətti