Ağsuda “Mercedes” "Niva” ilə toqquşub

08:55 - 29 Oktyabr 2017 - HADİSƏ

Muğanlı-Ismayıllı avtomobil yolunun Ağsu rayonu Sanqalan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az «Report»a istinadən xəbər verir ki, “Mercedes” 90-ZF-641 dövlət nömrə qeydiyyatlı avtomobil, "Niva” markalı maşınla toqquşub.  Nəticədə “Niva”nın sürücüsü, 1995-ci il təvvəllüdlü Aydın Asəf oğlu Hacıyev və onun atası, Ağsunun Kalva kənd sakini, 1968-ci il təvvəllüdlü Asəf Ağasən oğlu Hacıyev ağır xəsarətlər alıblar. Yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəsətəxanalardan birinə çatdırılıblar.   “Mercedes”in sürücüsü, 1960-cı il təvvəllüdlü Rasim Ağəli oğlu Əsgərov Şamaxı rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.  

Xəbər xətti