“Texniki Əməkdaşlıq Mexanizmi Proqramı”nın Maliyyələşdirmə Sazişi imzalanıb

14:57 - 26 Oktyabr 2017 - İQTİSADİYYAT

Oktyabrın 25-də Azərbaycan Respublikası Hökuməti ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində 2016-cı il üzrə Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramının “Texniki Əməkdaşlıq Mexanizmi Proqramı”nın Maliyyələşdirmə Sazişi imzalanıb. Sənədi Azərbaycan Respublikası Hökuməti adından İqtisadiyyat naziri Şahin Mustafayev imzalayıb.

Sazişin məqsədi ölkəmizdə iqtisadiyyat, maliyyə və məhkəmə idarəçiliyi sahələrində həyata keçirilən islahatlara dəstək göstərməkdir. Proqram çərçivəsində ixracın təşviq olunması, KOS-ların inkişafı, dövlət maliyyəsinin idarə olunması, əmək bazarı, standartlar sisteminin müasirləşdirilməsi, statistika sahəsinin inkişafı, vətəndaşlara hüquqi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçiriləcəkdir. Proqramın icrası üçün 13,5 mln. avro məbləğində vəsait ayrılıcaqdır.

Qeyd: Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%-dir. Azərbaycanda əsas kapitala yönəlmiş investisiyaların ümumi həcmində Avropa İttifaqı ölkələrinin payı son 10 ildə 46%, qeyri–neft sektoruna birbaşa investisiyalarda isə 35%-dir. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1300-dən çox şirkəti fəaliyyət göstərir. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX, Büdcəyə dəstək və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir. 

Xəbər xətti