Sel hərbi maşını və hərbçiləri apardı - Ölən var

16:31 - 25 Oktyabr 2017 - HADİSƏ

Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, insident nəticəsində 1 nəfər hərbçi həlak olub. Məlumata görə, hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub. Xilasetmə işləri nəticəsində 5 nəfəri sel sularından xilas etmək mümkün olub. Hazırda həlak olmuş hərbçinin cəsədinin axtarılması istiqamətində iş aparılır. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

Xəbər xətti