Bakıda 17 nəfər universitetin liftində qalıb

16:12 - 25 Oktyabr 2017 - HADİSƏ

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasında 17 nəfər liftdə qalıb. FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar. Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.

Xəbər xətti