Şəkidə canavarlar kəndlərə hücum edib: 18 baş qoyunu parçalayıblar

11:52 - 25 Oktyabr 2017 - ÖLKƏ İÇİ

 Şəkidə 2 kəndə hücum çəkən canavarlar 18 baş qoyunu parçalayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında Şəkinin Çeşməli və Öryət kəndlərində baş verib.

Çeşməli kənd sakini Oruc Məmmədovun həyətinə girən canavarlar orada olan 10 baş xırdabuynuzlu heyvanı parçalayıb.
Eyni hadisə səhər saatlarında Öryət kəndində də qeydə alınıb. Bu kənddə isə 2 təsərrüfata girən canavarlar 8 baş qoyunu parçalayıb.
Şəki rayon Baytarlıq İdarəsinin əməkdaşları ərazilərə baxış keçirib. 

Xəbər xətti