«Baku Fashion Club”ın birinci iclası keçirildi

13:42 - 23 Oktyabr 2017 - Xəbər

“Excelsior Hotel & Spa Baku”  otelində Azərbaycanda moda  peşəkarlarını və həvəskarlarını birləşdirən «Baku Fashion Club”ın  birinci iclası keçirildi.        Klubun təşkilatçısı və rəhbəri Lyubov Quturova- Poyraz  kluba  bu layihə üzrə öz  tərəfdaşı olan modelyer dizayner,  Media  FM radiosunun məşhur aparıcısı   Renar Şəmsiyevi təqdim etdi. Tədbirin yeni formatı facebook səhifəsində canlı yayımlandı və arzu edənlər iclasın gedişatını  izləyə bildilər.   
Müzakirənin əsas mövzusu “Azərbaycan dizaynerlərinin moda həftələrində iştirakı”  idi.   Tədbirə  bu yaxınlada Paris moda həftəsinin iştirakçısı,  Salamaxina brendinin yaradıcısı Aleksand Salamaxina,   “L'Officiel Azerbaijan”  jurnalının aet redaktoru Ayxan Musaxanlı,  247 RAARE-nın kreativ direktoru, MBFWBAKU-nun PR direktoru Aysel Hüseynova,  moda üzrə bloqer  Aynur Quzel spiker kimi dəvət olunmuşdurlar.  
 Klubun iştirakçıları moda sahəsində yeni  başlayanlar və bu işdə uğurlu olan dizayner Milli Geyim Mərkəzinin və Moda evinin rəhbəri,  mədəniyyət üzrə fəlsəfə doktoru,  Gülnarə Xəlilova  tədbirdə çıxış etdilər.  Həmçinin, moda sənətinin digər nümayəndələri, bloqerlər, jurnalistlər,  AFW и  MBFWBAKU tədbirinin təşkilatçıları, dizayn fakültəsinin tələbələri və onların müəllimləri iştirak etdilər. Moda  peşəkarlarını  və həvəskarlarını birləşdirən Baku Fashion  klubunun birinci iclası  baş tutdu.   Tədbirin nəticələrinə  görə cəsarətlə demək olar ki,  tədbir uğurla keçdi.  
Əsas  mövzudan başqa, klubun digər iclaslarında ətraflı toxunulacaq  vacib məsələlərə də toxunuldu. “Əllərinizi  nəbzinizdə tutun  və biz tezliklə qayıdacağıq” Lyubov Quturova-Poyraz qeyd etdi.


Xəbər xətti