Astanadan Bakıya uçan sərnişin təyyarəsi geri qayıdıb

09:58 - 22 Oktyabr 2017 - Xəbər

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problem səbəbindən geri qayıdıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb. Məlumatda bildirili: "Avialayner saat 22:56-da ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər". Təyyarədə 90 nəfər sərnişinin olduğu bildirilir.

Xəbər xətti