Gömrükçülər qanunsuz yolla ölkəyə telefon gətirilməsinin qarşısını alıb

13:54 - 20 Oktyabr 2017 - Xəbər

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
 Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük bölməsində, xüsusi düzəldilmiş gizli saxlanc yerində 10 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefon və aksessuarları aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti