D-8 IX Zirvə görüşü başladı: Prezident İlham Əliyev sammitdə iştirak edir

12:49 - 20 Oktyabr 2017 - Xəbər

Oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü işə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edir.
Əvvəlcə birgə foto çəkdirildi.
Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.


Xəbər xətti