Bakıda taksi sürücüsündən kobud qayda pozuntusu - VİDEO

11:12 - 19 Oktyabr 2017 - Xəbər

Bakıda taksi sürücüsünün kobud qayda pozuntusu "BakuBus" avtobusunun kameralarına tuş gəlib. Ucnoqta.az xəbər verir ki, “Bakubus” MMC-nin mətbuat katibi Mənsur Piriyev sosial şəbəkədə video yayıb. O, hadisənin oktyabrın 16-sı saat 14:00 radələrində 3 nömrəli xətt üzrə hərəkət edən “BakuBus”a məxsus avtobus hərəkətdə olduğu zaman baş verdiyini bildirib. Belə ki, arxadan gələn taksi qəfil dönmə edərək İnşatçılar prospektindən Şəhidlər Xiyabanı istiqamətə hərəkət edən avtobusa mane olub:

“Təqdim olunan görüntüdə taksi sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, həm özünün həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atdığının şahidi oluruq. Videodan aydın görünür ki, taksi sürücüsü avtobusu gözləməli olduğu halda, anidən zolağı dəyişib avtobusun qarşısına keçərək təhlükəli dönmə əməliyyatı həyata keçirir və açıq şəkildə qəza vəziyyəti yaradır. Bu cür hadisələr zamanı əksər hallarda sərnişinlər avtobus sürücüsünü günahlandırır və əsaslı və ya əsassız şəkildə onlara dəymiş ziyanın ödənilməsi üçün “BakuBus”a müraciət edirlər. Ancaq istənilən halda həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur”.

 

 

Xəbər xətti