Ana səhifə
21 Noyabr 2017

Komitə: Bələdiyyə müğənni Könül Kərimovaya qeyri-qanuni olaraq torpaq ayırıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tanınmış müğənni Könül Kərimovanın ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verməsinə münasibət bildirib.

Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov “Report”un sorğusuna cavab olaraq bildirib ki, bir müddət əvvəl Könül Kərimova öz bağına bitişik 12 sot torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ƏMDK-ya müraciət edib: "Sənədləşmə zamanı aşkar olundu ki, Novxanı bələdiyyəsi həmin torpaq sahəsini qeyri-qanuni olaraq Könül Kərimovaya ayırıb. Bələdiyyə həm torpaq qanunvericiliyinə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun müvafiq bəndinə uyğun olaraq həmin torpağı qeyri-qanuni ayırıb. Araşdırma zamanı o da məlum olub ki, həmin torpaq bələdiyyə fonduna yox, bağlar massivinə aid olub. Yəni, həmin sahənin bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Hazırki qanunvericiliyə əsasən, bələdiyyələr ilk növbədə torpaqlara dair öz hüquqlarını tanımalıdır. Daha sonra hərrac vasitəsilə vətəndaşlar üçün alqı-satqı edilməlidir. Çünki qanun bunu tələb edir".

Komitə rəsmisi əlavə edib ki, ƏMDK tərəfindən Könül Kərimovaya cavab məktubu yazılaraq qanunvericilik və bələdiyyənin ona qeyri-qanuni torpaq sahəsi ayırması izah edilib.

Qeyd edək ki, tanınmış müğənni Könül Kərimova Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəmə verib. Müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Könül Kərimova "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, məsələ ilə bağlı geniş açıqlama vermək istəmədiyini bildirib: "Bu işlə vəkilim məşğul olur. Bu barədə danışmağımın mənası yoxdur". 

Tarix
19 Oktyabr 2017 [11:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ