Salyanda yol qəzası: 1 ölü, 1 yaralı

09:57 - 19 Oktyabr 2017 - HADİSƏ

Salyan rayonunda iki nəfəri maşın vurub, ölən və xəsarət alan var. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu Abdullayevi və 2010-cu il təvəllüdlü Ayxan Fazil oğlu Əhmədovu maşın vurub. Hadisə zamanı 7 yaşlı A.Əhmədov dünyasını dəyişib, C.Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə sürücü tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti