Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edəcək

17:15 - 18 Oktyabr 2017 - Xəbər

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edəcək.
19-20 oktyabr 2017-ci il tarixlərində gerçəkləşdiriləcək iclasda əsas müzakirə mövzusu QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivləri olacaq. 

İclasda həmçinin komitənin Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənəcək, 50-ci iclasın gündəliyi müəyyənləşdiriləcək, komitənin strukturu ilə bağlı məsələlərə baxılacaq.  

Xəbər xətti