Ana səhifə
23 Noyabr 2017

Zakir Qaralovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralovun cari il oktyabrın 20-də saat 10:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarında yaşayan vətəndaşların nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilərək oktyabrın 27-nə saat 10:00-a keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sabirabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Tarix
17 Oktyabr 2017 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ