Gənc psixoloqların ilk beynəlxalq mübadilə proqramının ilkin mərhələsi yekunlaşıb

12:34 - 17 Oktyabr 2017 - Xəbər

"Gənc Psixoloqlar" İctimai Birliyinin və "Türk Psikoloji Öğrencileri Çalışma Grubu"nun birgə təşkilatçılığı, Xəzər Universiteti və Işık Universitetinin əməkdaşlığı ilə gənc psixoloqların ilk beynəlxalq mübadilə proqramının ilkin mərhələsi yekunlaşıb.
Proqram iştirakçıları olan Türkiyəli gənc psixoloqlar 8-14 oktyabr tarixlərində Xəzər universitetinin psixologiya ixtisası üzrə keçirilən dərslərində iştirak ediblər. Eyni zamanda, qonaq psixoloqlar bir həftə ərzində Bakı şəhərini yaxından tanımaq üçün müxtəlif sosial proqramlarda iştirak ediblər. Binəqədi rayon Gənclər evinin təşkilatçılığı ilə, gənclərin asudə vaxtlarının təşkili ilə bağlı fəaliyyət istiqamətləri ilə tanış olublar. İlk dəfə təşkil olunan gənc psixoloqların mübadilə proqramı iştirakçıların yüksək marağına səbəb olub.
Qeyd edək ki, əsas məqsədi iki ölkənin gənc psixoloqları arasında elmi və mədəni mübadiləni təşkil etmək olan proqramda iki ölkədən birlikdə 30 nəfər gənc psixoloq iştirak edir. 22-28 Oktyabr tarixlərində isə Azərbaycanlı gənc psixoloqlar Türkiyənin İstanbul şəhərinə səfər edib, İşık universitetində təşkil olunmuş dərslərdə iştirak edəcəklər. 

 

Xəbər xətti