Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olunub

11:32 - 10 Oktyabr 2017 - HADİSƏ

Ermənistanın “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur. Məlumata görə, o, xidməti vəzifəsindən sui-istifadə edərək, məhbuslardan davamlı olaraq rüşvət alırmış. G.Mkrtçyanla yanaşı, müəssisənin əməliyyat üzrə rəisi, habelə əməliyyat zamanı rüşvət verən şəxs də saxlanılıb. 

Xəbər xətti