Ana səhifə
21 Sentyabr 2018

ABŞ və Kanada arasında "təyyarə" gərginliyi

ABŞ Ticarət Nazirliyinin Kanadanın “Bombardier” şirkətinin “C-Class” təyyarələrinə əlavə idxal vergisi qoymasından sonra yaranan gərginlik artmaqdadır. Ucnoqta.az a24.az-a istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyi sentyabrın 26-da 220% olaraq müəyyənləşdirdiyi vergini ötən cümə günü “Boeing”in son şikayətinə görə 300 faizə qədər qaldırıb. Amerika nəhəngi “Boeing” “Bombardier”in qeyri-qanuni subsidiyalar aldığını və “C-Class” təyyarələrini əsassız aşağı qiymətlərlə satdığını iddia edir. Baş verənlər barədə açıqlama verən Kanadanın Xarici İşlər naziri Krısya Freeland hər iki ölkənin Şimali Amerika aviasiya sənayesinin qlobal rəqabət gücünü artırdığını bildirib. Nazir ABŞ-ın son qərarına görə təəssüfləndiklərini deyib. O, həmçinin qeyd edib ki, bu qərar təxminən 23 min amrekialının da işini riskə atır. Xatırladaq ki, “Bombardier” ötən ilin aprel ayında “Delta Airlines”-a 125 ədəd “C-Class” təyyarə satışı elan etdikdən bir neçə ay sonra “Boeing” şirkəti ABŞ səlahiyyətlilərinə şikayəti etmişdi.

Tarix
9 Oktyabr 2017 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin