Qırğızıstan Baş nazirinin müavini yol qəzasında ölüb

09:44 - 7 Oktyabr 2017 - DÜNYA

Qırğızıstan Baş nazirinin müavini Temir Cumakadırov yol qəzası nəticəsində ölüb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, onun olduğu avtomobil KamAZ-la toqquşub. Qəza nəticəsində T.Cumakadırovun köməkçisi və sürücüsü də həlak oub. Yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri aydınlaşdırılır.

Xəbər xətti