Ana səhifə
24 Oktyabr 2017

"Bacısı" Kənan MM-in xanımına dəstək oldu: "Mənə həyasız, ləçər dedilər"

Kənan MM-in həyat yoldaşı haqqında çıxan xəbərlərə Pərvin Abıyeva da səssiz qalmadı. Sosial şəbəkə hesabında Aygünlə fotosunu paylaşan Pərvin bunları deyib:

"Aygün, sən gözəl qadınsan, gözəl və çox saf niyyətli qəlbə maliksən! Bunu sənin yaxınların, yəni biz bilirik bəs edər! Əslində, çoxları bilir, amma bunu dilə gətirmək sərf eləmir! Son çıxan xəbərlər mənə də təsir edir. İstədim səssiz qalam, amma olmur! Hələ insanlar başa düşməyiblər ki, ailə üzvlərini dilə gətirmək olmaz! Vaxti ikən mən efirdə öz qardaşımı qoruyanda mənə həyasız, ləçər dedilər, halbuki heç kim eşitməmişdi orada nə söhbət idi, mən niyə özümnən çıxdım!

İndi də Kənan ailəsini, qadınını qoruyur, elədilər alçaq, şərəfsiz, tərbiyəsiz! Mən xahiş edirəm artıq heç kimin ailəsi ilə oynanılmasın! Kənanla probleminiz varsa, özünə söz deyin! Aygünün azacıq artıq çəkisi var deyə bunu milyonlar önündə dilə gətirmək lazım deyil! Bunu yazanların çoxsu ana olmamış ne boydadılar. Hələ bilmək olmaz çoxumuz, içi mən qarışıq bir müddətdən sonra Aygün kimi 3 demirəm 1 uşaq dünyaya gətirəndə necə olacayıq! Aygünə halaldı, dietasını da qoruyur, özünə də baxır!"

Qeyd edək ki, "Maşın şou"da özünü Kənanın bacısı adlandıran Pərvinin hətta buna görə Səidə Sultanla arasında qalmaqal yaşanmışdı. (milli.az)

Tarix
5 Oktyabr 2017 [15:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ