2018-ci ildə Bakıda daha bir mötəbər idman yarışı keçiriləcək

13:50 - 5 Oktyabr 2017 - İDMAN

2018-ci ildə Bakıda boks üzrə çempion yarışı keçiriləcək. Trend-in məlumatına görə, bunu Dünya Boks Şurasının prezidenti Mourisio Suleyman bu gün keçirilən mətbuat konfransında deyib. Suleyman deyib: “Bakıya gəlişim hər zaman xatirımdə qalacaq. Bakıda gözləmədiyimiz qonaqpərvərlik gördük”.

O qeyd edib ki, Azərbaycan Dünya Boks Şurasının 55-ci konvensiyasının Bakıda keçirilməsi üçün bütün lazım olan şəraiti yaradıb.

M.Suleyman vurğulayıb ki, Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir.

O bildirib ki, Azərbaycan boksçuları dünyada tanınır və uğurlu nəticələr əldə edirlər. M.Suleyman həmçinin əlavə edib ki, Azərbaycanda Peşəkar Boks Federasiyasının yaradılması istiqamətində iş aparılır: “Biz Azərbaycana Peşəkar Boks Federasiyasının yaradılması ilə bağlı bütün lazım olan dəstəyi göstərməyə hazırıq”.

Xəbər xətti