Ana səhifə
22 Fevral 2018

Əflatun Amaşov: "Reketliklə bağlı məsələni daha geniş müstəvidə müzakirə edəcəyik"

Azərbaycan Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Ucnoqta.az-ın “Report”a istinadən xəbərinə görə, bunu MŞ sədri Əflatun Amaşov deyib.

O bildirib ki, Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası fəaliyyətini genişləndirib: “Məbuat Şurasının üzvləri, media nümayəndələri həmin komissiyanın işində iştirak edirlər. Artıq bundan sonra Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Reketliklə bağlı məsələni daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin”.
Mətbuat Şurasının sədri qeyd edib ki, ayrı-ayrı əlaqədar dövlət qurumlar öz nümayəndələrini "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına təhkim ediblər.
Şura sədri qeyd edib ki, yaxın vaxtlarda komissiyanın iclası keçiriləcək.

Tarix
3 Oktyabr 2017 [13:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ