Bakıda DYP avtomobili tələbə qızı vurub

14:44 - 28 Sentyabr 2017 - HADİSƏ

Bu gün saat 13: 00 radələrində paytaxtda Azərbaycan Neft və Sənaye Universitetinin yaxınlığında Dövlət Yol Polisinə (DYP) məxsus 99 YP 316 dövlət nömrə nişanlı avtomobil tələbə qızı vurub. Ucnoqta.az xəbər verir ki, bu barədə "Sherg.az"a hadisənin şahidi olan əməkdaşımız məlumat verib. 
O bildirib ki, DYP maşını əks yolla hərəkət edərək qoşa xətti tapdalayıb və yolu keçmək istəyən tələbəni vurub: "
Tələbənin vəziyyəti ağır idi. Onu taksiyə qoyub xəstəxanaya apardılar. DYP isə həmin taksinin arxasınca getdi". 

Xəbər xətti