Respublika Klinik Xəstəxanasında xəstə özünü pəncərədən yerə atıb

10:31 - 27 Sentyabr 2017 - HADİSƏ

Səhər saat 07:35 radələrində Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar hadisəsi baş verib. İsmayıllı rayon sakini 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğlu özünü xəstəxananın dördüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.
C.Ağayev bir həftədir ki, xəstəxanada nevroloji müalicə alırmış. C.Ağayev müalicə aldığı müddətdə onun yanında oğlu olub. Lakin intihar zamanı oğlu yatıbmış.
Hazırda xəstəxanaya Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. İntiharın səbəbləri araşdırılır. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

 

Xəbər xətti